🌸 Ruhumun huzuru 🌸
Sənə baxanda, sanki dünyama bir təravət yayılır, Turan... Sən güləndə dünyam işıqlanır, sanki bütün kədərlər bir anlıq yox olur. Sənin o şirin-şirin danışığın, nazlı-nazlı söz atmağın, zarafat edəndə gözlərindəki parıltı — bunlar elə bir sehr yaradır ki, insan baxdıqca doymaq bilmir. Bəzən sadəcə səni dinləmək belə xoşbəxtlikdir. O qədər sakit, o qədər təbii danışırsan ki, elə bil səsin ruhumu oxşayır. Sən çay içirsən, mənsə baxışlarımla səni)) Damla-damla içirəm.. bir stəkanın içində saatlarla söhbətə dalmaq-elə bil həyatın mənası elə ordadır. Bəzən sən deyirsən: “Sən dəyişmisən, əvvəlki kimi sevmirsən.” Amma bil ki, mən dəyişmişəmsə də, sevgim dərinləşib... İndi səni sadəcə sevmirəm — səni anlayıram, səni hiss edirəm. Sənin baxışında bir ev var, mənim ruhum orada dincəlir. Sənə baxanda içimdən bir dua keçir: “Kaş bu an heç bitməsin.” Çünki sən varsan, mənim dünyam gözəldir. 💖 O çənəndəki balaca xal var ha... elə bil gülüşünün imzasıdır, sən güləndə o da parlayır. Bəzən mənə elə şirin sözlər deyirsən ki, içim isinir, bəzən də o iynəli, tikanlı zarafatlarınla dodağımda gülümsəmə yaradır. Amma hər halınla gözəlsən — çünki o sözlərin də, baxışların kimi səmimidir. Səni sevərkən həm gülürəm, həm düşünürəm... amma hər dəfə sonda anlayıram ki, sən mənim ən gözəl “tikanlı gül”ümsən. 🌹 Anı yazıya çevirdim sənlə... Xoşbəxtliyimsən! 29.10.2025saat- 14:29 ✨✨✨
Səssiz fırtınamsan!
Səni tanımaq həyatımın ən gözəl təsadüfü idi. Bəzən düşünürəm, kaş səni daha əvvəl tanısaydım, kaş bu qədər gecikməsəydik. Amma sonra anlayıram ki, hər şeyin öz zamanı varmış. Çünki səni indi sevmək – sanki uzun bir yolun sonunda tapılan sakitlik kimidir. Dərin, təmiz, içdən gələn bir sevgi… Bilirəm, bəzən uzaq görünürəm. Bəzən sükutum səni düşündürür. Amma inan mənə, bu uzaqlıq laqeydlik deyil. Sadəcə həyatın öz gərginliyi, öz çətinlikləri var. Amma sənin varlığın – o fırtınanın içindəki sakit limanımdır. Sənin gülüşün... elə bir gülüşdür ki, ən yorğun anımda belə içimdə bir işıq yanır. Sənin saçlarının hər teli, baxışının hər sükutu, sanki mənə huzur danışır. Səni sevdikcə dünyanı daha rəngli görürəm. Bilirəm, sən də bəzən düşünürsən ki, mən laqeydəm. Amma elə deyil... Mən səni hər yazımda yaşadıram, hər cümləmdə səni tərənnüm edirəm. Mən yazanda, səni sənə anlatmaq istəyirəm — sən necə gözəlsən, necə saf, necə içdən birisən... Əgər bir gün darıxsan, bir gün mənim səssizliyim səni incidərsə, güzgünün önünə keç… Orda sənə mənim kimi bax. Bax o gözlərə, bax o gülüşə — orda məni görəcəksən. Çünki mən səni elə baxışlarınla, elə gülüşünlə sevirəm. Bilirəm, sənin də öz problemlərin, öz dərdlərin var. Mənim də bəzən zamanım az olur, amma bu, səni unutduğum anlamına gəlmir. Əksinə, sənin varlığın elə bir şeydir ki, səssiz anlarımda belə ürəyimdə səni danışıram. Səni sevirəm Çimənim )— sükutla, dərinliklə, hər nəfəsimdə. ✨✨✨
Sən silinməz yazımsan!
Bəzən bir neçə toxunuşla silirik uzun zaman içimizdə daşıdığımız xatirələri... bir neçə saniyədə yox olur aylarla, illərlə qurduğumuz cümlələr, paylaşılan hisslər, gizli gülümsəmələr, bunlar mənimçün incə toxunuşlu məhəbbətimin bir parçasıydı. Amma silmək yaddaşdan silmək deyil... Bəzən bir sözü, bir baxışı, bir "günaydın"ı, bir "səni sevirəm"i heç bir yaddaş insanın yaddaşı qədər güvənli yerə qeyd edə bilmir. İnciçiçəyim, səninlə olan yazılar mənim üçün sadəcə mesaj deyildi. Onlar xatirəydilər, sevginin izləriydi. Ama onları silməyim o demək deyildi ki,hisslərimi də sildim. Hisslərim qaldı. Və bu, hər şeydən daha önəmlidir. İncitdiyim anlar oldu, susduğum, uzaq durduğum zamanlar oldu. Amma indi bilirəm – sən mənim üçün yalnız bir xatirə deyilsən, həyatımda bu gün varsan və sabah da olmağını istəyirəm. Çünki sən mənə heç zaman dilinə gətirmədiyin bəzi sözlərlə sildiyin parçaların yerlərini doldurdun. Əslində sildirib yerinə nəsə qoymasaydın, pis bu olardı.. Ağrılar keçdi, susqunluq dağıldı... Ürəyimdən gələn bu sözlər sənin gülümsəməyin olsun, üzürüm olsun, sevgimin etirafı olsun. Mən sənin göz yaşına da heç qıymıram ömrüm. Birgə gülək, səni xoşbəxt görmək məni də xoşbəxt edir. Sən mənim nazlı quzumsan! Səni sevirəm İnciçiçəyim! Hər şeyə rəğmən, hər şeylə bərabər. ✨✨✨
Ad günün mübarək!
Bir musiqi səslənəcək,Notlarında bəstə mənəm,
Bu gün sənin doğum günün,
Gözlərinə xəstə mənəm...
Səssiz, zülmət gecələrdə
İçindəki səsdə mənəm...
Gəzdiyin boş küçələrdə
Qaranlıq qəfəsdə mənəm...
Darıxmışam gəl qoynuma,
Qollarını sal boynuma,
Xəyalsada al boynuna,
Qucağında dəstə mənəm
✨✨✨
Əbədi baharıma
Gözlərinin içinin gülümsəməsi- mənim dünyamın ən incə ahəngidir. O dərin baxışlarında gizlənmiş sevinc, sanki ürəyimin ən qaranlıq guşələrinə işıq saçır. Gözlərinin içindəki o gülüş – ən sakit yağışın damcılarında parlayan günəş kimidir. Hər dəfə ona baxanda, sanki ruhum sevginin ən saf melodiyasını eşidir. Çənədəki xalın- sənə aid olan ən gözəl izlərdən biridir. O kiçik nöqtə, mənim üçün çox əsrarəngiz bir gözəllikdir ömrüm. Sən özün fərqlisən, təkrarolunmazsan. Sinəndəki xal – sanki ürəyinin ritmini hiss etmək üçün qoyulmuş və mənə deyir başını qoyacağın yer bu nöqtədir. Turanım sən yalnız gözəllik deyilsən, sən mənim içimdə yaşanan həyatın özü, nəfəsim, düşüncəmin ən incə nöqtəsi, ürəyimin ən həzin ritmisən! Hər danışığımızda, hər baxışımızda, ürəyim sənə daha da yaxınlaşır, sanki heç vaxt ayrılıq ola bilməyəcəkmiş kimi. Bir də ayrılıqdan danışma İnciçiçəyim! Mən səndən heç vaxt ayrı düşməyəcəm. Hər zaman yanındayam, Sən mənim ən dərin arzumsan, həyatımın ən qiymətli incisisən. Sənin varlığınla hər günüm işıqlanır, sən mənim əbədi baharımsan. Gözlərin, gülüşün, hər detalların – mənim üçün dünyanın ən dəyərli xəzinəsidir. Bu hissləri sənə çatdırmaq üçün sözlər azdır, çünki sən duyğularımın ən saf halısan. Hər zaman, hər an, sənə olan sevgimlə dolu qəlbimlə yanında olacağam. Biriciyimsən! ✨✨✨
Oğurlayacam səni
Elə zərifsənki, toxunsam sənəBoynunu bükərsən məncə çiçəyim
Ama oğurlayıb dərəcəm səni
Axı çox sevirəm İnci çiçəyim Atlısan, atına çatacam sənin
Ruhuna ruhumu qatacam sənin
Həyat şərbətini dadacam sənin
İstər məndən küsüb-inci çiçəyim O gün dodağından öpüşlərini
Gözündən üzündən gülüşlərini
Xəyalın qurduğum o düşlərimi
Bərabər yaşarıq məncə çiçəyim Sənin hisslərinin altıncısını
Mənim məhəbbətim yox edər bir gün
Səni oğurlayıb səndən Turanım
Həyat rənglərimi çox edər bir gün ✨✨✨
Canımın içi
Dünən xəyallarım alıb qoynunaMəni cənnətimə qonaq apardı
Sənin sözlərinin şirinliyini
Xəyalım ləbindən dadıb, qopardı Xəyalım sərhədsiz, sonsuz bir ümman
Sənin uzaqlığın yamandan yaman
Baxışın ox olub, qaşların kaman
Sancıldı qəlbimə fəryad qopardı Əllərim hiss etdi incə belini
Nəfəsim qoxladı sənin telini
Ətrində hiss etdim səmum yelini
Məni varlığımdan yoxa apardı ✨✨✨
Qaç mənə
Yavaş yavaş soyuqluğun dondurur,Üşüyürəm, qollarını aç mənə
Həyat bəzən döyə-döyə qandırır,
Sevgin üçün darıxıram qaç mənə Elə qaç ki, qəm-kədərim yox olsun
Elə qaç ki, xoşbəxtliyim çox olsun,
Günəşimə həsrətim də yox olsun
Şəfəqini gəl gizlətmə, saç mənə. ✨✨✨
Gözlərindən oxunuram
İcazə ver deyim sənəNecə gözəl olduğunu.
İcazə ver deyim sənə,
Şeir, qəzəl olduğunu.
İcazə ver, şeirsiz də
Yanağına toxunum mən.
Asta-asta, aram-aram,
Ürəyimin döyüntüsü
Artır yaman...
İcazə ver, şeirsiz də
Bal ləbindən dadım bir az.
Qorxma məndən, sevgim böyük,
Ürəyindən keçənləri
Yavaş-yavaş gəl sən də yaz...
İkimizin xəyalıdır, heç etmə naz😊
Başını qoy qollarıma,
Saçlarının ətrin duyum.
Mən də sevgi adamıyam,
Neyləyim ki, budur huyum...
İcazə ver, sözlərimi gəl kəsmə sən,
İncə, həfif gülüşünlə yaxına gəl.
Bərk əsmə sən,
Mən əsəcəm, dəli tufan, bir yel kimi,
Sarıb səni qollarıma, itirəcəm,
Bir sel kimi...
Gözlərini yum sən bir az,
Duyğularla barışaq.
Bu sevdanın içində biz,
Sonsuz eşqə qarışaq…
Köynəyinin düymələrin,
Titrək əllə aça-aça, bənövşəmin xalına mən
Dodağımla toxunuram.
Çox xoşbəxtəm,
Turan adlı bir dünyamın
Gözlərindən oxunuram! ✨✨✨
Sözüm var
Bir gün sənin gülüşünü ovlayıb,Dodağından başlayacam yeməyə
Saçlarının ətrin çəkib içimə
Necə gözəl olduğunu deməyə Deyəcəm ki xəyalımın hakimi
Deyəcəm ki, bu ürəyin həkimi
Deyəcəm ki, sənin kimi heç kimi
Sevməmişəm qulağına deməyə ✨✨✨
Hədiyyəm
Həyatın ən gözəl hədiyyəsiniYəni səni sənə necə göndərim?
Əlim də çatmır ki, sənin bənzərin,
Olan bir çiçəyi sənə göndərim Yaxşı ki, dünyamda varmısan dedim
Dağlarda bəmbəyaz qarımsan dedim
Gizli bir sevdada yarımsan dedim
Səni gerçəyimə necə döndərim ✨✨✨
Gəl sabahı birgə açaq
Bəlkə də yatmısan
Nə biləsən sən
Birinin ömrünə qonaq gəlmisən
Qonaq olmağın da bir azmış kimi
Ömürlük özünə dustaq etmisən,
Bəlkə də yatmısan
Nə biləsən sən
Dustağın zindanda səni gözləyir,
Hakimi sən olan müvəkkilini
Daha hansı cəza, nələr gözləyir...
Bəlkə də yatmısan,
Sənin saçına
Kobud barmaqlarım incə toxunsun
Yuxunun ən dərin şirin yerində
Üzündə bir azca gülüş oxunsun
Əllərim titrəsin hərarətindən
Ətrini çəkməyə can atım biraz
Daha dərinliyi istəyirəm mən
Dənizlər, ümmanlar deyildir dayaz.
Sarım dünya boyda məhəbbətimi
Ürək döyüntüsü səni oyatsın
Gəl birgə zindanda sabahı açaq
Ömür çox qısadır, yatanlar yatsın.
✨✨✨
Cənnətim
Gəzməyə, görməyə yer buraxmadın,
Gözündə dünyanı seyr edirəm mən
Baxıram nazına, qəmzənə sənin,
Qələmə alıram şeir edirəm mən ✨✨✨
Mənə bürünmüsən
Bu gecə yenə də yuxum çəkilib,
Tavana baxıram, sən görünürsən,
Soyuq baxışını görməyim deyə
Çəkirəm yorğanı, sən bürünürsən. ✨✨✨
Həyat rəqsim
Bir fırça istərəm sənin əlinlə
Həyat dəftərimə rəng qata bilə
Toxunub sol əlim incə belinə
Sağ əlim əlini bərk tuta bilə. Bir həzin musiqi sədalarında
İncə işvə naz ədalarında
Ürəyim həyəcan nidalarında
Sənin ürəyinlə bir ata bilə ✨✨✨
Uzat əllərini
Uzat gəl əllərini,
Gözlərimiz qapansın
Tutum incə belindən
Nazlı bədən utansın,
Gəl sarılaq usulca
Köçək dünyadan bir an
Dondurum hisslərimi
Elə dayansın zaman.
Ətrin məni oyatsın
Bu qəflət yuxusundan
Vücudum cuşa gəlsin
Saçının qoxusundan..
Elə istəyirəm ki, bir şans, səninlə olam,
O füsunkar gözəllik tamam içimə dola
Əllərim bədənində gəzə, hiss edə səni
Hərarətin yandıra, kül edə bu bədəni..
Dodağından qoparıb həyatın şərbətini
Həmişəlik unudam keçmişin qürbətini. ✨✨✨
TURANIM
Tanrının mükəmməl əsərisən sən
Ulduza bənzəyir baxışın sənin
Rəsminə baxıram çənədə xalın
Allahım nə gözəl naxışın sənin Niyə yoxluğunu mən bilə-bilə
Sənə ünvanlanıb sözlərim elə?
Çağlayıb dönmüşəm daşqın bir selə
Bəndləri aşırıb yağışın sənin ✨✨✨
Öpəsim gəlir
O qədər gözəlsən, o qədər incə
Mənə bəxş olunub cənnətim məncə
Sənin yanağında xalı görüncə
İçimi titrədir, öpəsim gəlir Yaxşı ki, dünyamın qonağısan sən
Yaxşıki ruhumun qidasısan sən
Yaxşı ki, sevgimin nidasısan sən
O bal dodağını öpəsim gəlir ✨✨✨
Ağlama
Gözyaşına islanmağa tələsmə,
Səni gülüşündə boğacam Turan,
Axtarma, arama, sorma sən məni
Sənin kölgən kimi olacam hər an Şəklini, üzünü gizləmə məndən,
Uzağım kimi tək gəzmə sən gendən,
Səni alacağam birgün mən səndən
Bu gün inanmırsan, hələ sən dayan)))
😊🥰 ✨✨✨
Xəyallarımın qadını
Niyə məni xəyallara qərq edib
Gerçək dünyamızı etdin tərsinə
Əgər gələcəksən, aç qollarını
Mən də incə beli tutum tərsinə Əllərim saçına sığalın çəkə,
Gözündə məhəbbət toxumun əkə
Meyvəsin dadmaqçün səndən bir tikə
Hisslərim bağbana inad, tərs enə Baxışından alam "izin oyu"nu
Ləblərindən dadam cənnət suyunu
Çənə altdan ürəyimin hayını
İlıq nəfəsimlə duya tər sinə ✨✨✨
Bənövşəm
Qara xal tək dünyamı gəl qaraltma,
Gözlərinin parıltısın ver mənə,
Dərdi qəmi varlığınla çoxaltma
Cənnətimdən bənövşəni dər mənə 😊 Gözlərindən gözlərimə süzülən,
Bir cənnətin sorağında qalmışam
Yanağında, həm sinədə düzülən
Bənövşənin qara xalı olmuşam ✨✨✨
Darıxıram
Darıxaram, barışmasan ölərəm,
Tək tanrıdan Turanımı dilərəm
Xoşbəxtliyi gözlərimdən silərəm
Barışmasaq gözlərimdə nəm olar ✨✨✨
Barışaq
Üzünü tut yanağından öpüm mən,
Küsü olmaz bayramımız kəm olar
Uzat mənə incə əli tutum mən
Barışmasaq gözlərimdə qəm olar 🥰 ✨✨✨
Sevgim
Getmək istəsəm də gedə bilmərəm,
Bəhanə nəyimə gərəkdir axı,
Sənin gözlərində batıb qalmışam,
Batdığım çamur yox, çiçəkdir axı Nə baxışım ögey, nə səsim yaddır,
Soyuq davranmağım sənə inaddır,
"Sevirəm" səninçün bir quru addır
Sənə məhəbbətim gerçəkdir axı ✨✨✨
Mənzərəm
Bu necə mənzərə, necə gözəllik
Baxıram donuram, sehirlənmişəm
Dünyanın ən gözəl cənnətisən sən
O bal dodağına möhürlənmişəm ✨✨✨
Gözəllik
Baxıram dəniz tək gözəlliyinə
Saçların ləpədir, gözlərin ümman
Ləpələr sinəmə çırpılıb qalıb
Boğulub qalmışam, batıram dayan! ✨✨✨
İstəyirəm mən
Yenə uzaqdasan, yollara baxıb
Uzaq ulduzumu səsləyirəm mən
O gözəl qaməti, incə bədəni
Ayı tək qoynumda istəyirəm mən ✨✨✨
Əsərim
Bir qadın var yaradanın əsəri
Bir qadın var, mələkmidir, ya pəri
Bir qadın var, ruhum onun əsiri
Nədən oldu, niyə oldu bilmirəm Bir qadın var gözləri çox gözəldi
Bir qadın var ruhu qəlbə özəldi
Qəlb evimə ünvanlanmış qəzəldi
Baxışıyla necə doldu bilmirəm ✨✨✨
Çat mənə
Gülüşlərin elə gözəl bilirsən?
Baxışların şeir, qəzəl bilirsən?
Statusum sənə özəl bilirsən?
Bilirsənsə ürəyini at mənə Ürəyimə nədən gəldin sən qonaq
Soyuqluğun çox üşüdür, bir donaq
Deyirsən ki, məsafəli davranaq
Mən atlıyam, sən piyada çat mənə ✨✨✨
Əsərin rəngindən qat qollarıma
Gəl biraz hisslərin əsiri olaq
Yumaraq gözünü çat qollarıma,
Yolların qaranlıq zülmət gecəysə
Qorxma gəl özünü at qollarıma, Yaradan nə gözəl tablo yaratmış,
İçinə sevgidən gözəllik qatmış
Digər gözəlliklər sanki piratmış,
Əsərin rəngindən qat qollarıma ✨✨✨
Şerim sənsən
Bir şer istəsən, şerim güzgündə,
Bir mənim gözümlə bax əsərimə
Azıram gözünün qaranlığında
Çəkib aparma sən çoxda dərinə Baxışın dənizdir, bədənin ümman
Baş vurub, fəth etmək istəyir insan
Mənim ürəyimdə yerin var adam
Ordan çuxur salıb, ax ürəyimə.. ✨✨✨
]]>
Post Views: 24